Modern.az

ABŞ-da silahlı insident - 14 nəfər ölüb

 ABŞ-da silahlı insident  - 14 nəfər ölüb

Dünya

3 Dekabr 2015, 01:12

 

ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə San-Bernardino şəhərində qeydə alınıb.

Naməlum şəxsin açdığı atəş nəticəsində ölən və yaralanan var. ABŞ prezidenti Barak Obamaya Kaliforniyadakı hadisə barədə məlumat verilib.

Son məlumata görə, atışma nəticəsində 14 nəfər ölüb. 17 nəfərin isə yaralandığı bildirilir.

Ərazi mühasirəyə alınıb. Atış açan 3 nəfərin tutulması üçün əməliyyat keçirilir. Onların adamları girov götürmüş ola bilməsi ehtimal edilir.

Qeyd edək ki, hadisə ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı) məhdud fiziki imkanlı insanlar üçün müəssisədə baş verib.    

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür