Modern.az

Qorbaçovu Jirinovskiyə görə cərimələdilər

Qorbaçovu Jirinovskiyə görə cərimələdilər

3 Dekabr 2015, 11:17


SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskiyə 6 min rubl ödəyəcək. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Moskvanın Timiryazevski Dövlət Dumasının deputatının şərəf və ləyaqətin, işgüzar nüfuzun qorunması haqqında iddiasını təmin edib.

Bu iddianın qaldırılmasına əsas səbəb Qorbaçovun siyasi memuarlarındakı fikirlər olub. Jirinovskinin fikrincə, memuarlardakı fikirlər onu ləkələyən faktlardır. Onu daha çox qəzəbləndirən 1993-cü ildə Dumaya keçirilən seçkilərdə ekstremist fikirlər səsləndirməsi, eləcə də RLDP-nin 1996-cı ildə Moskvada hücumda əli olması ilə bağlı fikirlərdir. 

Keçmiş prezidentin nümayəndəsi məhkəmədə bəyan edib ki, sadalanan fikirləri mülahizələr kimi qiymətləndirilməlidir. Jirinovski əvvəlcə müəllif və nəşriyyatdan mənəvi zərərə görə 500 min rubl kompensasiya tələb edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir