Modern.az

İcra başçısı həkimlərə nöqsanlarla bağlı tapşırıqlar verdi

İcra başçısı həkimlərə nöqsanlarla bağlı tapşırıqlar verdi

İqtisadiyyat

3 Dekabr 2015, 12:45

Füzuli rayonunda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, həkim-xəstə münasibətlərində şəffaflığın təmin olunması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə İcra Hakimiyyətində xidmət təşkilatlarının, Mərkəzi Xəstəxananın, Füzuli Tibb Mərkəzinin və ərazidəki tibb məntəqələrinin həkimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib.    

Görüşdə rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, insanların sağlam həyat tərzi sürməsi, sağlam yaşaması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Müzakirələr zamanı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkə başçısı İlham Əliyevin insana qayğı, əhalinin səhiyyə, sağlamlıq məsələlərini daim diqqət mərkəzində saxlanılması barədə tapşırıq və göstərişlərini xatırladıb, tibb işçilərinə, həkimlərə vətəndaşların incidilməsi, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı  konkret tapşırıqlar verib. 

Alı Alıyev qeyd edib ki, respublikanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da ən müasir standartlara cavab verən Tibb Mərkəzi tikilib, müasir avadanlıqlar alınıb, burada əhaliyə bütün növ üzrə xidmətin pulsuz təşkili üçün tapşırıq verilib.

Görüşdə MRX-nın baş həkimi Soltan Əliyev, Füzuli Tibb Mərkəzinin baş həkimi Cümşüd Məmmədov çıxış edib, əhaliyə göstərilən tibb xidmətinin vəziyyəti barədə məlumat veriblər.

Müzakirələr zamanı əhaliyə göstərilən tibb xidməti sahəsindəki müsbət keyfiyyətlərlə yanaşı, bir sıra nöqsanların da olduğu qeyd olunub. 

Görüşə yekun vuran Alı Alıyev ölkə başçısı İlham Əliyevin qarşıya çıxan nöqsanların, müəyyən neqativ halların qarşısının alınmasında  ictimai nəzarətə böyük əhəmiyyət verdiyini, dəfələrlə bu məsələyə münasibət bildirdiyini vurğulayıb. Bildirib ki, həqiqətən də qarşıya çıxan nöqsanların aradan qaldırılmasında ictimaiyyətin rolu böyük olmalıdır.

“Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlam böyüməsi, onlara bütün sahələrdə nümunəvi xidmət göstərilməsi, heç bir kəsin incidilməməsi  barədəki tapşırıqları sösüz icra edilməlidir”.  





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü