Modern.az

Azərbaycanda daha bir şirkət öz məhsullarının qiymətini açıqlamadı

Azərbaycanda daha bir şirkət öz məhsullarının qiymətini açıqlamadı

3 Dekabr 2015, 13:46



Azərbaycanda ərzaq məhsullarının qiymətlərində növbəti bahalaşma müşahidə edilir. Modern.az xəbər verir ki, fevral ayında devalvasiyadan sonra ərzaq məhsullarının qiymətlərində cüzi artım başladı. Həmin dövrdən bu günə kimi qiymətlərdə artım günü-gündən çoxalmaqdadır.

Bu gün Azərbaycan bazarının böyük hissəsini “Procter&Gamble” şirkətinin məhsulları tutur. Alıcılar son günlər həmin istehlak mallarında da artımın olduğunu müşahidə edirlər. Alıcılar qeyd edirlər ki, bir müddət öncə aldıqları məhsullara indi 30-40 qəpik artıq xərcləyirlər. Əmək haqlarında artım olmadığı bir zamanda qiymətlərin durmadan artması isə ailələrin büdcəsinə mənfi təsir edir.

“Procter&Gamble”nin xarici əlaqələr üzrə meneceri Səkinə İbrahimova Modern.az-a bildirib ki, şirkətin məqsədi həmişə Azərbaycan istehlakçılarını yüksək istehsal və dəyərlə təmin edən etibarlı markalar təqdim etmək olub:

“P&G’nin təklif edilən qiymət dəyişiklikləri makroiqtisadi şəraitin təsirini və bizim uzun müddətli rəqabət qabiliyyətini təmin etmək niyyətimizi əks etdirir. Mağazaların rəflərində olan qiymətlər pərakəndə satıcıların mülahizəsinə əsasən təyin edilir və P&G heç bir halda müştərilərin pərakəndə satıcıların qiymətləndirmə ilə bağlı qərarlarına təsir etmir. Bir qayda olaraq, biz bazar qiyməti barədə də şərh vermirik”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir