Modern.az

Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndəriləcək

Azərbaycan Qırğızıstana 1 milyonluq yardım göndəriləcək

İqtisadiyyat

3 Dekabr 2015, 18:34

Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan vurub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğız Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı