Modern.az

“Taliban”ın lideri öldürüldü

“Taliban”ın lideri öldürüldü

4 Dekabr 2015, 10:45


“Taliban” hərəkatının lideri molla Aktar Mohhəm Mənsur Əfqanıstanda atışma zamanı öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mənsur  hökumətə qarşı silahlı mübarizə aparan başqa bir qruplaşma ilə atışma zamanı öldürülüb.

Xəbəri Əfqanıstan hökuməti də təsdiqləyib.  

“Taliban” qruplaşması 1994-cü ildən 2001-ci ilə qədər Əfqanıstanda hakimiyyəti ələ alan əsas təşkilat olub. Son illər qruplaşma ölkədə geniş terror aktları həyata keçirir.  

Vüqar İsmayılov   

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi