Modern.az

Nardarana qaz vermək üçün işlərə başlanıldı

Nardarana qaz vermək üçün işlərə başlanıldı

İqtisadiyyat

4 Dekabr 2015, 12:34


“Nardaran kəndində sakinlərə mavi yanacaq verilməsi üçün işlərə başlanılıb”. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az saytına məlumat verərkən deyib ki, ərazidə təbii qazdan qeyri-qanuni istifadəyə görə təmizləmə işləri aparılır:

“Artıq bir neçə gündür ki, əməkdaşlarımız tərəfindən kənddə bərpa işləri aparılır.

Məlumat verdiyimiz kimi, əraziyə qazın verilişi yay aylarından dayandırılıb.

Hazırda abonentlərlə bağlanan müqavilə əsasında sayğaclar quraşdırılır və təbii qazın verilişi bərpa olunur”.

İ.Kərbalayev Nardaran kəndində 2minə yaxın abonentolduğunu qeyd edib:

“İndinin özündə ətraf ərazilər, eyni zamanda Nardaran bağları fasiləsiz olaraq təbii qazla təmin olunur.

Nardarana qaz verilməsinin bərpası ilə yanaşı birlik 2015-2016-cı ilin payız-qış mövsümünə tam hazırdır. Qaz təsərrüfatında xeyli işlər görülüb, istismara yararsız qaz xətlər yeniləri ilə əvəzlənib, dayaqlar üzərinə qaldırılıb.

Vaxtında görülən işlərin nəticəsidir ki, respublika üzrə hava şəraitinin qarlı, şaxtalı keçməsinə baxmayaraq, qaz təsərrüfatında hər hansı problem yaranmayıb. Hər hansı  mənzildə fərdi qaydada problem yaranarsa, abonentlərin birliyə müraciət etmələri tövsiyə edilir. Müraciət əsasında problem dərhal mütəxəssislərimiz tərəfindən həll ediləcək”.

Qurum rəsmisi bir daha vətəndaşları qaz istifadə zamanı diqqətli olmağa çağırıb:

“Havaların soyuq olduğu vaxtlarda qaz təsərrüfatında planlı işlərin görülməsi nəzərdə tutulmayıb. Əgər hər hansı qəza halı baş verərsə birliyin nəzdində təmir-tikinti idarəsinin işçi heyəti lazımi alət, avadanlıq, mexanizmlə tam təmin edilib. Əhaliyə bir daha müraciət edirik ki, təbii qazdan istifadə zamanı ehtiyatlı olsunlar və təhlükəsizlik qaydalarına riayət etsinlər”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!