Modern.az

Azercell müharibə veteranları üçün kampaniyanı uzatdı

Azercell müharibə veteranları üçün kampaniyanı uzatdı

İqtisadiyyat

4 Dekabr 2015, 15:34



Azercell  Telekom MMC-nin bu ilin aprel ayında müharibə veteranları statusuna malik olan şəxslər  üçün  təqdim etdiyi kampaniyanın müddəti  30 noyabr 2016-ci il tarixinədək uzadılır. Kampaniyaya çərçivəsində müharibə veteranları statusuna malik olan Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar. Azercell tərəfindən hədiyyə olunan bonus  şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Onu da bildirək ki, Azercell Telekom 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə edib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır