Modern.az

OPEK sutkalıq neft hasilatı üzrə kvotanı artırıb

 OPEK sutkalıq neft hasilatı üzrə kvotanı artırıb

İqtisadiyyat

4 Dekabr 2015, 20:44

OPEK sutkalıq neft hasilatı üzrə kvotanı artırıb. Modern.az saytı "Reuters"ə istinadən xəbər verir ki, təşkilatın Vyanada keçirilən 168-ci iclasında sutkalıq neft hasilatının 31,5 milyon barelədək artırılması haqqında qərar qəbul edilib.

Bu kvotada təşkilata üzv qəbul ediləcək İndoneziya nəzərə alınmayıb. OPEK-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar azalıb.

Xatırladaq ki, bundan əvvəlki kvota 30 milyon barel idi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü