Modern.az

Yerevanda mitinq edənlər polislə toqquşdu - FOTOLAR

 Yerevanda mitinq edənlər polislə toqquşdu  - FOTOLAR

4 Dekabr 2015, 21:14

 

Yerevanın “Azadlıq” meydanında keçirilən mitinq zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, “Müxalifətin vahid qərargahı”nın rəhbəri Jirayr Sefilyan çıxış edəndə meydanda çadırlar qurmağa göstəriş verib, bu zaman polis müdaxilə edərək çadırları alıb.

“İrs” partiyasının sədri Raffi Ovannisyan və Yerevan polisinin rəis müavini Valeri Osipyan mübahisə etməyə başlayıblar. Buna qədər isə Jirayr Sefilyan çıxışında bəyan edib ki, dekabrın 6-da saat 20:00-da meydan tam dolu olacaq: “Biz Raffi Ovannisyanla birlikdə köklü, qətiyyətli və məsul addımlar atmağa hazırıq. Ancaq xalq da bu prosesdə iştirak etməlidir”.

“Yeni Ermənistan” ictimai quruluş cəbhəsi dekabrın 1-dən mitinq və nümayişlər, “Azadlıq” meydanında oturaq aksiyalar keçirirlər. Onlar Serj Sərkisyan rejimini dekabrın 6-na nəzərdə Konstitusiya dəyişiklikləri ilə bağlı referendumu keçirməməyə çağırır, əks halda hakimiyyəti dəyişməklə hədələyirlər.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir