Modern.az

Facebook canlı yayım rejiminə keçir

 Facebook canlı yayım rejiminə keçir

Dünya

4 Dekabr 2015, 00:05

 

"Facebook" sosial şəbəkəsi canlı yayım rejiminə keçir. Modern.az xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsi adından açıqlama yayılıb. İstifadəçilərə ünvanlanan məlumatda bildirilir  ki, artıq Facebook vasitəsilə paylaşdığınız şəkillər və videolara canlı video və kolaj olunmuş fotolar sayəsində həyat verə bilərsiniz.

“Bu xüsusiyyət ilə dostlarınız və ailənizin sizinlə həmin anları yaşamalarına kömək etmiş olacaqsınız" - deyə daha sonra qeyd edilir. Bu xüsusiyyətdən isə əvvəlcə ABŞ texnologiya şirkəti olan "Apple" tərəfindən istehsal olunan iPhone istifadəçiləri yararlana biləcək.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu