Modern.az

İŞİD terror qruplaşması dəhşətli görüntülər yayıb - FOTO 18+

 İŞİD terror qruplaşması dəhşətli görüntülər yayıb  - FOTO 18+

5 Dekabr 2015, 01:04

İŞİD terror qruplaşması dəhşətli görüntülər yayıb. Modern.az Musavat.com-a istinadən  xəbər verir ki, İŞİD təşkilatın tərkibindəki uşaqlara qorxunc oyun oynatmağa başlayıb.

Qruplaşmanın yaydığı görüntüdə "gizlənqaç" oynadılan uşaqlar köhnə bir qalanın içində müəyyən olunmuş nöqtələrə gizlənmiş girovları tapıb öldürür.

Suriyanın Deyr əz-Zor bölgəsində təxminən 8 yaşında olan altı uşaq sıra ilə xarabalığa bənzəyən Rəhba qalasındakı girovları axtarır.

Əlləri arxadan bağlanmış şəkildə qalanın müəyyən yerlərinə gizlədilmiş girovlar da çarəsiz halda uşaqların onları tapıb öldürmələrini gözləyirlər. Girovlar Suriya prezidenti Bəşər Əsədə casusluq etməkdə günahlandırılır.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir