Modern.az

Rövnəq Abdullayev “Günəşli” yatağındakı yanğın yerinə gedib

Rövnəq Abdullayev “Günəşli” yatağındakı yanğın yerinə gedib

5 Dekabr 2015, 11:44



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında “Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğınla əlaqədar platformadakı yanğın yerində olub.

Modern.az xəbər verir ki, məlumat SOCAR-dan bildirilib.

Yataqda yanğının hələ də davam etdiyi, güclü külək səbəindən onun söndürülməsinin çətinləşdiyi qeyd edilir. Hadisə nəticəsində  İnsan itkisi yoxdur.

Xatırladaq ki, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın başlayıb. İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlər görülüb.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər