Modern.az

Türkiyə İraqa qoşun saldı - Rəsmi Bağdad bunun “təcavüz” adlandırdı

Türkiyə İraqa qoşun saldı - Rəsmi Bağdad bunun “təcavüz” adlandırdı

Dünya

5 Dekabr 2015, 12:03



İraqın baş naziri Heydər əl-Abadi Türkiyə ordusunun 130 hərbçisinin İraqın şimalına daxil olmasını “təcavüz” adlandırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq hökumət rəhbəri bu hadisəni ölkənin süverenliyinin pozulması kimi dəyərləndirib və dərhal türk qoşunlarının bölgəni tərk etməsini tələb edib.

“Mosul yaxınlığında yerləşən türk alayı ölkəyə qanunsuz daxil olub və dərhal ərazidən çıxarılmalıdır”.

Bundan əvvəl, İraq Xarici İşlər Nazirliyi də televiziya vasitəsilə xalqa müraciət eədərək Türkiyəınin addımını “təcavüz” adlandırmışdı.

Ötən gün “Reuters” agentliyi hərbi mənbələrə istinadən xəbər yaymışdı ki, Türkiyə rəsmləri İraq kürdlərinə hərbi təlim keçmək üçün bölgəyə 130 xüsusi təyinatlı hərbçi və 25 tank göndərib.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır