Modern.az

Oskarlı rejissor Ərdoğanı təhqir edən həkimin müdafiəsinə qalxdı

Oskarlı rejissor Ərdoğanı təhqir edən həkimin müdafiəsinə qalxdı

5 Dekabr 2015, 13:13

Yeni Zelandiya əsilli məşhur rejissor Piter Cekson Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir etdiyi iddia olunan həkim Bilgin Çiftçinin müdafiəsinə qalxıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çiftçi öz “Twitter” səhifəsində Ərdoğanı və Piter Ceksonun “Üzüklərin sahibi” trilogiyasındakı Qollum obrazının oxşar üz ifadələrinin yer aldığı fotokollajı paylamışdı.

Türkiyə Prokurorluğu Çiftçinin ölkə başçsını mənfi obrazlı kinoprersonajla müqayisə etməklə  təhqirə yol verdiyini düşünür. 2015-ci ilin oktyabrında başlanan cinayət işində Bilgin Çiftçinin günahını sübita yetirərsə, onu 3 aydan 2 ilə qədər həbs gözləyir.

Filmin rejissoru Piter Cekson isə fotokollajda təsvir olunan personajın Qollum deyil, onun müsbət tərəfi olan Smeaqol olduğunu deyib. Rejissorun fikrincə, Smeaqol yalana, ikiüzlülüyə nifrət edir və çox vəfalı personajdır.

Con Tolkinin fantastika janrında yazdığı “Üzüklərin hakimi” trilogiyası rejissor Piter Cekson tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə trilogiyanın sonuncu filmi 11 Oskar alaraq, “Titanik” filminin rekordunu təzələmişdi.


Vüqar İsmayılov     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir