Modern.az

Türkiyə İraqda hərbi mövcudluğunu gücləndirmək niyyətində deyil

 Türkiyə İraqda hərbi mövcudluğunu gücləndirmək niyyətində deyil

5 Dekabr 2015, 21:49

 

 Türkiyə İraqda hərbi mövcudluğunu gücləndirmək niyyətində deyil. Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə televiziyalarına açıqlaması zamanı məlumat verib.

 Baş nazirin sözlərinə görə, Mosuldan 30 km şimalda, Başik düşərgəsində terrorçularla mübarizə aparan könüllülərin təlimləri keçirilir: “Orada Türkiyə hərbçilərinin varlığı qətiyyən Türkiyənin İraqda hərbi əməliyyata hazırlaşması anlamına gəlmir”.

 Bundan öncə rəsmi Ankara Mosulun şimalında könüllülərə (pəşmərgələrə) təlim keçən türk hərbçilərinin əvəzləndiyini bəyan eləmişdi.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi