Modern.az

Partiya lideri seçki bülletenini cırıb zibil qutusuna atıb

 Partiya lideri seçki bülletenini cırıb zibil qutusuna atıb

6 Dekabr 2015, 20:21

 

Ermənistanda Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendum qalmaqalsız keçməyib. Modern.az saytı RİA Novosti agentliyinə istinadən xəbər verir  ki, müxalif "İrs" partiyasının lideri Raffi Ovannisyan səsvermə zamanı bülleteni cırıb və zibil qutusuna atıb.

Ovannisyan bildirib ki, bu, dövlətin hakim partiyası - Respublika Partiyasına qarşı vətəndaş etirazınə bu şəkildə göstərib.

Onun sözlərinə görə, bu saxta referendum vasitəsilə möhkəmlənməsi nəzərdə tutlan, bir nəfərin, partiyanın üzərində qurulan sistem mənim üçün qəbuledilməzdir.  

O, həmçinin bildirib ki, referendumun başa çatmasından dərhal sonra mitinq baş tutacaq. Məhz bu mitinq ölkədə dəyişikliklərə start verəcək. Partiya lideri bu prosesdə iştirak etmək istəyənləri Azadlıq meydanına dəvət edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir