Modern.az

Rus əsgərindən Türkiyəyə qarşı növbəti təxribat - Video

 Rus əsgərindən Türkiyəyə qarşı növbəti təxribat  - Video

6 Dekabr 2015, 23:01

 

Türkiyə ilə Rusiya arasında gərginlik davam edir. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib. Belə ki, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb.

Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri “Yörük İşık” və “Alpər Boler” çiynində raket olan əsgərin şəklini çəkiblər. 

“Kunikov” adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də, şəkillər bu gün sosial şəbəkələrdə paylaşılıb. 

Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar.  

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımı təxribatdır:   “İstər Rusiya, istərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır”.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir