Modern.az

Venesuelada müxalifət sarsıdıcı qələbə qazandı

Venesuelada müxalifət sarsıdıcı qələbə qazandı

Dünya

7 Dekabr 2015, 10:14



Venesuelada ötən gün keçirilən parlament seçkilərində müxalifəti təmsil edən “Demokratik Birliyin Dəyirmi Masa”sı koalisiyası inamlı qələbə qazanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar parlamentdə 99 kürsüyə sahibləniblər. Prezident Nikolas Maduronun başçılıq etdiyi “Venesuela Vahid Sosialist Partiyas”sı isə 46 deputat yeri qazanıb.

Müxalifətin inamlı qələbəsinə baxmayaraq, onlara qanunuverici orqanda mütləq səs çoxluğu qazanmaları üçün 1 səs çatmayıb.

Prezident Maduro seçkilərdə məğlubiyyətə uğradıqlarını etiraf edib.

“Biz bu xoşagəlməz nəticələrlə razılaşırıq və bunu qəbul edirik”.

Seçkilərdə 19,5 milyonluq Venesuela əhalisinin 74%-i iştirak edib.

“Demokratik Birliyin Dəyirmi Masa”sı koalisiyasının üzvü Ramon Avelado isə Rusiyanın “RİA-Novosti” agentliyinə açıqlamasında 167 yerlik parlamentdə 100 ilə 113 arasında mandat qazanmağa ümidli olduqlarını deyib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür