Modern.az

Kiyevin keçmiş meri Gürcüstanda partiya yaratdı

Kiyevin keçmiş meri Gürcüstanda partiya yaratdı

Dünya

7 Dekabr 2015, 10:17



Kiyevin keçmiş meri, milyonçu Leonid Çernovetski “”Xoşbəxt Gürcüstan naminə” siyasi partiya yaradıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda o, özünün Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Gürcüstanda siyasi arenaya daxil olub və burada insanların həyat şəraitinin yüksəldilməsi üçün çox şeyləri həll etmək lazımdır: “Gürcüstanı Ukrayna ilə müqayisədə dəyişmək daha asandır, çünki burada islahatların əksəriyyəti həyata keçirilib. Ona görə də mən burada “Xoşbəxt Gürcüstan naminə partiya” yaratmışam”.

O 2016-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşdığını da bildirib: “Mən parlamentə getmək istəyirəm. Ətrafda kasıbçılıqdır, aparıcı siyasi qüvvələrin isə mövqeləri çox zəifdir. Biz bütün sahələrdə islahatlar aparacağıq”.

Çernovetski qeyd edib ki, tezliklə partiyasını qeydiyyata aldırıb planları barədə danışacaq. Qeyd edilir ki, onun partiyası Avropa dəyərlərinə üstünlük verəcək.

Leonid Çernovetski ilk dəfə Kiyevin meri 2006-cı ildə seçilib. İkinci dəfə 2008-ci ildə növbədənkənar seçkilərdə öz postunu qoruyub. 2010-cu ilin noyabr ayına qədər Kiyev şəhər administrasiyasının da rəhbəri olub. Ancaq 2010-cu ildə qanuna bir şəxsin iki vəzifədə olması ilə ibağlı dəyişiklik edilib. Çernovetski 2012-ci ilin iyun ayında istefa verib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı