Modern.az

Obama İŞİD-dən danışdı: “Əsl İslam bu deyil”

Obama İŞİD-dən danışdı: “Əsl İslam bu deyil”

7 Dekabr 2015, 10:45



ABŞ prezidenti Barak Obama ölkənin təhlükəsizliyi və terrorla mübarizəsi ilə bağlı xalqa müraciət edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama terror kontekstində İŞİD (İslam dövləti) qruplaşmasının terror fəaliyyətinə toxunaraq təşkilatın üzvlərini quldur və qatil adlandırıb: “İŞİD əsl İslam deyil. Onlar ölüm bütünə xidmət edən quldur və qatillər yığınıdır. Müsəlmanların çox az bir qismi İŞİD-ə xidmət edir”.

Barak Obama müsəlmanlar haqda təsəvvürün İŞİD hesabına formalaşmasının da təhlükəli olduğunu deyib.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir