Modern.az

Tacikistanda güclü zəlzələ baş verib

Tacikistanda güclü zəlzələ baş verib

7 Dekabr 2015, 12:37

Tacikistanda 7,2 bal gücündə zəlzələ meydana gəlib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, zəlzələ  Hindistanın şimal bölgələrində də hiss edilib.

Tacikistanın paytaxtı Düşənbənin 367 kilometr şərqində meydana gələn zəlzələnin insan itkisinə səbəb olub-olmadığı ilə bağlı hələ ki məlumat açıqlanmayıb.

ABŞ geoloji araşdırmalar təşkilatı USGS tərəfindən verilən açıqlamaya görə, 10 kilometr dərinlikdə meydana gələn zəlzələ, Hindistanın Dehli və Srinagar bölgələrində də hiss edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir