Modern.az

Baş nazir istefa verdi

Baş nazir istefa verdi

Dünya

7 Dekabr 2015, 13:31


Latviyanın baş naziri Laydmota Strauyma bu gün postundan istefa verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Latviya hökuməti avtomatik olaraq istefaya göndərilir. Ölkə prezidenti Raymond Veyonis artıq Nazirlər Kabinetinin istefasını qəbul edib.

Strauyma öz nitqində hökumətin iqtisadi siyasət sahəsində xeyli uğurlar qazandığını və işlərin başa çatdırılması üçün yeni rəhbərə ehtiyac olduğunu deyib.

Prezident Raymond Veyonis isə keçmiş hökumətin yenisinə xeyli problemlər miras qoyduğunu deyib.

Laymdot Strauyama 2014-cü ilin yanvarından hökumətə başçılıq edib. O, ölkə tarixində ilk qadın baş nazir hesab olunur.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!