Modern.az

Yeni parlamenti “köhnə jurnalistlər” izləyəcək

Yeni parlamenti “köhnə jurnalistlər” izləyəcək

18 Noyabr 2010, 11:52

Dördüncü çağırış Milli Məclisin ilk sessiyasını işini işıqlandırmaq üçün yenidən akkreditasiya aparılmayacaq. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, üçüncü çağırış Milli Məclisin payız sessiyasını izləmək üçün qeydiyyatdan keçmiş KİV nümayəndələri  yeni parlamentin ilk iclasında da iştirak edəcəklər.  

“Milli Məclsin reqlamentinə görə, akredetasiya iki dəfə yaz və payız sessiyalarında aparılır. Yeni akkredetasiya gələn ildə, yaz sessiyasının başlanması ilə əlaqadar aparılacaq”-deyə A.Təvəkküloğlu bildirib.

Hazırda Milli Məclisin fəaliyyətini işıqlandırmq üçün 70-dən yuxarı KİV nümayəndəsi parlamentdə qeydiyyatdan keçib.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir