Modern.az

Qarabağla bağlı yeni qətnamə layihəsi müzakirə ediləcək

Qarabağla bağlı yeni qətnamə layihəsi müzakirə ediləcək

Qarabağ

18 Noyabr 2010, 12:36

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunda Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bununla bağlı qaçqın və məcburi köçkün gənclərin hüquqlarının pozulmasını təsbit edən qətnamə müzakirə ediləcək.
Modern.az-ın məlumatına görə, qətnamə Avropa Gənclər Forumunun 17-21 noyabr tarixlərində Kiyevdə keçiriləcək Baş Assambleyasının gündəliyinə salınıb. Əgər qətnamə qəbul edilərsə, Avropanın gənclər siyasətini müəyyənləşdirən və 99 gənclər təşkilatını özündə birləşdirən ən böyük gənclər qurumu Ermənistanın işğalçı dövlət olduğunu tanıyacaq və Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin müddəalarının təmin edilməsini BMT-dən tələb edəcək. Bu məqsədlə ARGTMŞ-in 4 nəfərdən ibarət nümayəndə heyəti Kiyevdə AGF-nin Baş Assambleyasında iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri millət vəkili Fiad Muradovdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü