Estoniyanın prezidenti Toomas Hendrik İlves Latviya Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptse ilə nişanlanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu prezidentin müşaviri Toomas Sildam təsdiqləyib: “Bəli, noyabrın ortalarında Toomas Hendrik İlves və İeva Kuptse nişanlanıblar.
Bu onların şəxsi qərarları olub, Toomas Hendrik İlvesin Estoniya Respublikasının prezidenti kimi vəzifəsi ilə bağlılığı yoxdur. Bundan əvvəl İlves 5 il ölkənin birinci ledisi olan həyat yoldaşı Evelindən boşanıb.
Bunun İeva Kuptsenin ilk nikahı olsa da, Latviyanın Yunanıstandakı səfiri İvars Pundurasdan bir oğlu var.
Modern.az