Modern.az

Sərkisyanın uşaq qatili olması ilə bağlı virtual aksiyaya başlayır

Sərkisyanın uşaq qatili olması ilə bağlı virtual aksiyaya başlayır

18 Noyabr 2010, 13:28

Son günlər Ermənistanın cəbhə xəttində hərbi təlimlər keçirməsi, bu ölkənin prezidenti Serj Sərkisyanın isə Azərbaycana yönəlik açıqlamaları «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının (UGT) İdarə Heyətinin iclasında müzakirə olunub.
Bu barədə açıqlama verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, İdarə Heyətinin üzvləri erməni prezidentin hədə tonundakı fikirlərini siyasi əxlaqsızlıq kimi qiymətləndirib:
«Özlərinin ən xırda daxili problemlərini həll etmək üçün belə başqa ölkələrdən yardım dilənən, ordusunda intizamsızlıq, korrupsiya, əxlaqsızlıq normaya çevrilən, insanları acından xaricə qaçan bir ölkənin prezidentinin regionun lider dövlətinin ünvanına səsləndirdiyi bu təhdidlər sayıqlamadan başqa bir şey deyil.  Ermənistanın cəbhə boyu hərbi təlimlər adı altında aktivləşməsi və Sərkisyanın bu cür açıqlamları yalnız daxili auditoriyaya hesablanıb və Serjin özünə divident qazanmaq cəhdindən başqa bir şey deyil. Çünki, Ermənistan ordusu  fərarilər, Azərbaycan ordusu isə Ramil Səfərovlar, Mübariz İbrahimovlar, Fərid Əhmədovlar kimi qəhrəmanlar yetişdirir. Azərbaycan gəncləri Ali Baş Komandanın yanındadırlar və onun torpaqların azad olunması ilə bağlı müvafiq əmrini gözləyirlər».

F.Şahbazlının sözlərinə görə, «Gənc Liderlər» gələn aydan etibarən S.Sərkisyan da daxil olmaqla, Ermənistana rəhbərlik edənlərin terrorçu, uşaq qatili olması ilə bağlı beynəlxalq virtual aksiyaya başlayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir