Modern.az

Rusiya ordusu 18 ayda 159 hərbçi itirib

Rusiya ordusu 18 ayda 159 hərbçi itirib

Dünya

8 Dekabr 2015, 12:38


Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının Hərbi-Mülki Münasibətlər Komissiyasının sədri Sergey Krivenko 2014-cü ilin 1 yanvarından 2015-ci il 30 iyul tarixinə qədər Rusiya ordusunun azı 159 nəfər hərbçi itirdiyini yazıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Krivenko Rusiya Hərbi Prokurorluğu və İstintaq Komitəsinə müraciət edərək əsgər ölümləri ilə bağlı informasiya verilməsini istəyib.

Onun sözlərinə görə, son 5 il ildə Rusiya Müdafiə Nazirliyi ordudakı itkilərlə bağlı rəsmi statistika açıqlamadığı üçün, açıq mənbələrdən topladığı informasiya əsasında həlak olan hərbçilərin sayını müəyyənləşdirib. Bu siyahıya yalnız adı-soyadı, qulluq etdiyi hərbi hissənin nömrəsi və həlak olanların yaxınlarının təsdiqlədiyi hərbi qulluqçuların adı daxil edilib.

159 hərbçidən yalnız 79-nun ölüm səbəbi məlumdur. Onlardan 31-i intihar edib, yaxud əsgər yoldaşları tərəfindən öldürülüb. 25 əsgər hərbi təlim zamanı, 13 hərbçi isə bədbəxt hadisə zamanı həlak olub, 10 hərbçinin ölüm səbəbi isə xəstəliklə bağlıdır.

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 2010-cu ildə ordudakı itkilərlə bağlı rəsmi statistika açıqlamışdı. Həmin il 478 hərbçinin ölümü təsdiqlənmişdi. 2009-cu ildə bu rəqəm 412, 2008-ci ildə isə 471 nəfər olub.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!