Modern.az

İŞİD-in xarici cihadçılarının sayı 30 mini keçdi

İŞİD-in xarici cihadçılarının sayı 30 mini keçdi

8 Dekabr 2015, 13:45


Son bir il içərisində İraq və Suriyada terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) qatılan cihadçıların sayının 12 mindən 30 min adama çatdığı açıqlanıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, daimi yaşayış yerlərinə dönən üçdə bir nisbətindəki cihadçıların ölkələrində potensial terror təhdidini də bərabərində daşıdıqları vurğulanıb.

Beynəlxalq terrorizm mövzusunda araşdırmalar aparan keçmiş FBI agenti Ali Soufanın qurduğu Soufan Group Fondu tərəfindən açıqlanan hesabatda xarici cihadçılar faktının qlobal bir quruluş ifadə etdiyi vurğulanaraq, Qərb ölkələrinin gördükləri bütün tədbirlərə baxmayaraq İŞİD-ə qoşulmanın qarşısının alınmadığı iddia edilir.

Hesabatı hazırlayan araşdırmaçılar 86 ölkədən 31 min cihadçının İŞİD terror təşkilatına qatıldığını, onlardan 16 min nəfərinin Orta Şərq və Şimal Afrika ölkələrindən, 5 min qədərində cihadçının Avropa ölkələrindən, 4 min 700-nün də keçmiş SSRİ respublikalarından olduğunu bildirirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir