Modern.az

İrandan müdhiş İDDİA: “İŞİD-in lideri Türkiyədən keçərək Liviyaya gedib”

İrandan müdhiş İDDİA: “İŞİD-in lideri Türkiyədən keçərək Liviyaya gedib”

9 Dekabr 2015, 10:46


İranın “Fars” agentliyi sensasiyalı iddia ilə çıxış edib. Modern.az həmin agentliyə istinadən xəbər verir ki, İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi onu izləyən İraq kəşfiyyatından gizlənmək üçün uzun müddət Türkiyədə, son vaxtlar isə Liviyada yaşayıb. Bundan öncə isə terror təşkilatının lideri təhklükəsizliyini təmin etmək üçün İraq və Suriyadakı sığınacaqlarını tez-tez dəyişib.

“Fars” agentliyi iddda edir ki, Əl Bağdadi gizli yollarla Liviyanın Sirt şəhərinə gəlib. Keçmiş Liviya diktatoru Müəmmər Qəddafinin doğma şəhəri radikal islamçıların əlində olduğu üçün İŞİD lideri özünü burada təhlükəsiz hiss edir.

Bu ilin oktyabrında İraqın Rakka şəhəri yaxınlığında Əl Bağdadinin olduğu maşın karvanı İraq aviasiyasının hücumuna məruz qalmışdl. İnsident zamanı İŞİD-in 25 yaraqlısı  məhv edilsə də, Bağdadi yaralı halda canını qurtara bilmişdi.

Lakin lazımi avadanlıqlar olmadığı üçün dünyanın ən çox axtarılan terrorçusu gilzi yolla Türkiyəyə, bir müddət sonra isə Liviyaya aparılıb. “Fras” agentliyi bu işdə Əl Bağdadiyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin himayədarlıq etdiyini də yazıb.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?