Modern.az

İran Türkiyəyə satdığı qazı yarıbayarı azaltdı

İran Türkiyəyə satdığı qazı yarıbayarı azaltdı

9 Dekabr 2015, 11:04



İran Türkiyəyə verilən təbii qazın həcmini azaldıb. APA-nın “Habertürk”ə istinadən xəbərinə görə, İrandan Türkiyəyə gündəlik nəql olunan 28-30 milyon kubmetr təbii qaz 14-15 milyon kubmetrə endirilib.

İran buna səbəb kimi havaların kəskin soyuması ilə əlaqədar daxili tələbatın artmasını göstərib.

Qəzet iddia edir ki, İranın bu addımı Türkiyə və Rusiya arasında yaranan təyyarə qalmalı ilə bağlıdır. İran bu məsələdə Rusiyanı dəstəkləyir. Xəbərdə bildirilir ki, hazırda Tehranda havalar normal keçir. Havanın temperaturu 6-10 dərəcə arasındadır.

Qeyd edək ki, Türkiyə İrandan ildə 6 milyard kubmetr civarında mavi yanacaq alır. Bu da Türkiyənin idxal etdiyi təbii qazın 18 faizidir. Daha əvvəllər də İran daxili tələbatı əsas gətirərək, Türkiyəyə verdiyi qazın həcmini azaltmışdı. Türkiyə bununla bağlı məhkəməyə müraciət etmişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir