Milli Məclisin deputatı, parlamentin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev və deputat Jalə Əliyeva təşkilatın İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri, həmçinin, Mədəniyyət, təhsil və sosial məsələlər komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 20-dən 23-dək Yunanıstanda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Salonik şəhərində keçiriləcək tədbirdə təşkilata üzv dövlətlərdə ekoloji məlumatlılığın formalaşdırılması, Qara dəniz regionunda su sərvətlərinin idarə olunması və istifadəsi, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi mövzusunda müzakirələr aparılacaq.
Deputatlarımız müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.