Modern.az

Miqrantları daşıyan daha bir gəmi batdı: 11 nəfər öldü

Miqrantları daşıyan daha bir gəmi batdı: 11 nəfər öldü

9 Dekabr 2015, 12:03

Yunanıstanın Framakonis adası yaxınlığında miqrantları daşıyan taxta gəmi batıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gəminin batması nəticəsində 5-i uşaq olmaqla, 11 miqrant suda boğulub.

Yunanıstan dəniz qüvvələrinin gəmiləri 4-ü uşaq olmaqla 26 nəfərin həyatını xilas ediblər. Amma gəmidə olan daha 13 miqrantın taleyi barədə heç bir məlumat yoxdur. Hazırda bölgədə geniş axtarış tədbirləri həyata keçirilir.

Yaxın Şərqdən Avropaya gedən miqrantlar üçün ən yaxın marşrut sayılan yunan adaları təkcə dekabrın ilk 6 günündə 20 min 325 miqrant qəbul edib.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub