Modern.az

Mən müflisəm - Telman İsmayılov

 Mən müflisəm  - Telman İsmayılov

9 Dekabr 2015, 21:32

 

Rusiyada yaşayan Azərbaycan əsilli keçmiş milyarder müflis olub. Modern.az saytı xəbər verir ki, “Kommersant”  qəzetinin yazdığına görə, bu barədə Telman İsmayılov Moskva arbitraj məhkəməsinə ərizə ilə müraciət edib.

Məlum olub ki, Telman İsmayılovun ərizəsi məhkəməyə hələ noyabrın 19-da daxil olub. Lakin məhkəmə bu iddia üzrə dekabrın 26-nadək hərəkətsizlik qərarı verib.  

Bu qərar onunla əlaqəlidir ki, İsmayılov ərizəsinə bir sıra zəruri sənədləri, o cümlədən məhkəmə iddiası qaldırmağa görə dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbzi, ərizənin kreditorlara göndərilmiş surətlərini, habelə son üç il ərzində daşınmaz əmlak, qiymətli kağızlar və nizamnamə kapitalındakı payları barədə sövdələşmələri haqda sənədləri təqdim etməyib.  

Qeyd edək ki, Telman İsmayılovun müxtəlif banklara və fiziki şəxslərə, şirkətlərə olan borcları 600 milyon dollara yaxındır. Onun Türkiyədəki 1,4 milyard dollarlıq “Mardan Palace” oteli də “Halk bank”a olan borcuna görə hərracda dəyərindən az qala 10 dəfə aşağı satılıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi