Modern.az

Beş dövlət Nobel mükafatını boykot etdi...

Beş dövlət Nobel mükafatını boykot etdi...

18 Noyabr 2010, 20:13

Rusiya, Qazaxstan, Mərakeş, İraq və Çin Nobel mükafatının təqdimetmə mərasiminə iştirak etməkdən imtina edib. Modern.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsi məlumat yayıb.
Təqdimetmə mərasimi dekabrın 10-da olacaq.  Nobel İnstitunun katibi Heyra Lundestadın sözlərinə görə, tədbiri böykot edən ölkələr bunun səbəbini açıqlamayıblar.  Luntestad bu qalmaqalda Çinin əli olması ilə bağlı eyham vurub. Belə ki, 2010-cu il üçün Nobel mükafatını alan Çinli hüquq müdafiəçisi Lu Syaboya qarşı Pekin ciddi kampaniyaya başlayıb. Katib deyib ki, Çin son zamanlar ölkələrin təqdimetmə mərasimində iştirikanı əngəlləmək üçün ağlasığmaz kampaniyaya başlayıb.
“Mən səfirlərin mərasimə qatılmasını belə məcburi şəkildə əngəlləmlə bağlı digər nümünənin şahidi olmamışam” –deyə Lunestdad vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?