Modern.az

Xəzərin hüquqi statusu gələn il bəlli olacaq

Xəzərin hüquqi statusu gələn il bəlli olacaq

18 Noyabr 2010, 20:28


Beş Xəzəryanı ölkənin prezidentləri Bakı sammitin yekunlarına dair birgə bəyanat qəbul ediblər. Sənəddə bildirilir ki, tərəflər Xəzərin hüquqi statusu barədə Konvensiyanı hazırlamaq niyyətindədirlər.
“Tərəflər Xəzər dənizinin və onun resursları üzərində süveren hüquqlarını tanıdıqlarını bir daha bəyan edirlər. Tərəflər Konvensiya üzərində işi başa çatdırmaq niyyətlərini bir daha bəyan edərək bildirirlər ki, bu Konvensiya Xəzər dənizi üzərində sahil dövlətlərinin fəaliyyətini tənzimləyən baza sənədi olacaq”-deyə birgə bəyənnamadə deyilir. Rusiya prezidenti Medvedyev bildirib ki, il ərzində Konvensiya üzərində işləri başa çatacaq. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir