Modern.az

ABŞ Ərdoğanın qohumunu “qlobal terrorçu” elan etdi

ABŞ Ərdoğanın qohumunu “qlobal terrorçu” elan etdi

10 Dekabr 2015, 11:43

ABŞ Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qohumu Əmrah Ərdoğanı “qlobal terrorçu” elan edib. Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan “Əş Şabab” və “Əl Qaidə” qruplaşmaları ilə əməkdaşlıq edib. Bundan başqa, terror qruplaşmalarına maliyyə yardımı göstərib.

Əmrah Ərdoğanın adı Dövlət Departamentində ABŞ-ın milli təhlükəsizliyinə təhlükə törədəcək terrorçular siyahısına salınıb.

Onun ABŞ-dakı bütün mülkünə qadağa qoyulub və amerikalıların onunla hər hansı sövdələşməyə girməsi də qanundankənar elan olunub.

Keniya və Uqandada terror qruplaşmalarının tərkibində döyüşən terrorçu Tanzaniyada həbs olunduqdan sonra Almaniyaya ekstradisiya olunub. O, hazırda Almaniya həbsxanalarından birində Pakistan və Somalidəki terror fəaliyyətinə görə 7 illik həbs cəzası çəkir.



Vüqar İsmayılov 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər