Modern.az

Baş nazirin iti qonaqları dişlədi

Baş nazirin iti qonaqları dişlədi

10 Dekabr 2015, 13:40


İsrailin baş naziri Beniamin Netanyahunun Kaya ləqəbli iti İudaizm dini simvollarından sayılan Hanuka bayramı zamanı keçirilən rəsmi tədbir zamanı yüksək çinli məmurları dişləyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 yaşlı Kayya Hanuka şamlarının yandırılması zamanı gözlənilmədən İsrail xarici işlər naziri müavinin həyat yoldaşını və “Likud” Partiyasının deputatını dişləyib. İti müayinə edən veterinar isə baş verən hadisənin təsadüf olduğunu deyib.  

“Reuters” agentliyinin məlumatına görə, iti bu ilin avqustunda Netranyahunun oğlu evə gətirib. Bundan əvvəl, Kayya ABŞ-ın dövlət katibi Con Kerriyə də hücum edib.

Hanuka İsrailin əsas dini bayramlarından hesab olunur. Od və işıq bayramı sayılan Hanuka yəhudi təqvimi ilə kisleva ayının 25-ci günü qeyd olunmağa başlayır və 8 gün davam edir.  

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər