Modern.az

Türk əsilli alimə Nobel mükafatı təqdim edilib

 Türk əsilli alimə Nobel mükafatı təqdim edilib

10 Dekabr 2015, 21:12

 

Bu gün Norveçin paytaxtı Osloda Nobel mükafatının sahiblərinə təqdim edilməsi ilə bağlı mərasim keçirilib. Modern.az saytı xəbər verir ki, kimya üzrə Nobel mükafatını alanlardan biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir olub. Kimya elmi üzrə 2015-ci il Nobel mükafatı Tomas Lindal (Britaniyada işləyir), Pol Modriç və Əziz Səncərə (hər ikisi ABŞ-da işləyir) verilib. Onlar zədələnən DNT-nin "təmiri" və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər.

Hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsində müəllim kimi çalışan Əziz Səncər xərçəng xəstəliyi ilə bağlı əhəmiyyətli elmi işləri olan dünyada tanınan alimdir.

O, xərçəng xəstəliyində "ritmik saat" müalicəsinin müəllifidir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!