Modern.az

Rusiya və Türkiyə milliləri Avropa çempionatında qarşılaşa biləcəklər

 Rusiya və Türkiyə milliləri Avropa çempionatında qarşılaşa biləcəklər

Dünya

10 Dekabr 2015, 21:45


Futbol üzrə Fransada keçiriləcək Avro-2016-nın dekabrın 12-də baş tutacaq püşkatması zamanı UEFA Rusiya və Türkiyə milli komandalarını ayırmayacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, UEFA bu ölkələrin klublarını Çempionlar Liqasının 1/8 və Avropa Liqasının 1/16 finalı ilə bağlı püşkatmada da ayırmaq niyyətində deyil.

Bununla belə, UEFA Rusiya və Ukrayna millilərinə qarşı fərqli mövqedədir. Hər iki ölkənin klubları Avropa kuboklarında, eləcə də Avropa-2016-da üz-üzə gəlməyəcəklər.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub