Modern.az

Erməni əsgər leytenantın silahı ilə özünü güllələdi

 Erməni əsgər leytenantın silahı ilə özünü güllələdi

10 Dekabr 2015, 23:12

Ermənistanda əsgər Razmik Abramyanın həyatına qəsdə cəhdə görə üç nəfər həbs edilib. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə,  dekabrın 9-da yerli vaxtla saat 12:15-də İstintaq Komitəsinin mətbuat xidmətinə hərbçinin intihara cəhd etməsi ilə bağlı məlumat daxil olub. Razmik Abramyan həmin gün Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi kliniki hospitalına yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, saat 11:55-də Abramyan kəşfiyyat bölməsinin komandiri, leytenant Yeqizaryanın silahını götürərək özünə sinəsinin sol tərəfindən atəş açıb. Hərbçinin çibindəki atasına ünvanladığı məktubda onu intihara xidmət yoldaşlarının sürüklədiyini yazıb.

Faktla bağlı açılan cinayət işi üzrə sıravi A.Karapetyan, S.Melikonyan və V.Ter-Vardanyan həbs ediliblər.

Bu, Ermənistan ordusunda dərəbəyliyin hökm sürdüyünü sübut edən daha bir faktdır.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir