Modern.az

Bahar Muradova: "Türkiyə-Ermənistan protokolları Milli Məclisdə müzakirə olunmamalıdır"

Bahar Muradova: "Türkiyə-Ermənistan protokolları Milli Məclisdə müzakirə olunmamalıdır"

20 Oktyabr 2009, 12:36

Oktyabrın 20-dı Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb. Modern.az xəbər verir ki, iclasda deputatlar Türkiyə-Ermənistan arasında münasibətlərin nizamlanmasını nəzərdə tutan məlum protokollara da münasibət bildiriblər.
Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Bahar Muradova isə məsələnin Milli Məclisdə müzakirə olunmasının əleyhinə çıxıb. Deputat fikrini onunla izah edib ki, parlamentdə bu məsələ ətrafında emosional fikirlərin səsləndirilməsi Azərbaycanın əleyhinə işləyə bilər: "Ona görə də hesab edirəm Milli Məclisdə Türkiyə-Ermənistan arasında münasibətlərin nizamlanmasını nəzərdə tutan məlum protokolların müzakirəsinə ehtiyac yoxdur".
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir