Modern.az

Western Union pul köçürmələrini manatla ödəməyə başlayır

Western Union pul köçürmələrini manatla ödəməyə başlayır

Qarabağ

19 Noyabr 2010, 14:26

Qlobal ödəniş xidmətləri sahəsində dünya liderlərindən biri olan Western Union (NYSE: WU) şirkəti beynəlxalq pul köçürmələrini Azərbaycan ərazisində milli valyuta ilə ödəməyə başlayır. Yeni xidmət sayəsində müştərilər xaricdən aldıqları valyutanın dəyişdirilməsi üçün sərf olunan vaxta qənaət edə biləcəklər.

«Yeni xidmət bizim müştərilərin istəklərini nəzərə alaraq hazırlanıb və beynəlxalq pul köçürmələri üçün maksimum rahat şəraitin yaradılmasına yönəlib. Bu gün Western Union vasitəsilə edilən köçürmə həm ABŞ dolları, həm də manat formasında ödənilə bilər ki, bu da bizim Azərbaycandakı müştərilərimiz üçün əlavə rahatlıqdır” - deyə Western Union-un Şərqi Avropa və MDB ölkələrindəki regional Vitse-Prezidenti Conatan Knaus  (Jonathan Knaus) qeyd edib.

Western Union Azərbaycanda öz müştərilərinə bu cür xidmət təklif edən ilk şirkətdir. Pul ödənişlərinin milli valyuta vasitəsilə edilməsi həm pul köçürmələri sistemini sadələşdirməyə, həm də yeni müştərilər cəlb etməyə imkan verəcək.

Western Union müştərilərinə pul köçürmələrini bank hesabı açmadan sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirməyi təklif edir və nağd pulları bir neçə dəqiqə ərzində almaq imkanı verir. Sistemin üstünlüklərindən biri də köçürmənin konkret bir ödəmə məntəqəsinə bağlı olmamasındadır (köçürməni xidmətin göstərildiyi ölkə ərazisində, istənilən məntəqədən almaq olar). Orlandi Valuta və Vigo adlı pul köçürmələri sistemləri ilə yanaşı Western Union həm də dünyada ən böyük pul köçürmə şəbəkələrindən birinə sahibdir. Western Union şəbəkəsi dünyanın 200-dən çox ölkəsində və ərazisində 435 000 –dən çox xidmət məntəqəsini birləşdirir.  

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü