Modern.az

Fuat Avni həbs edilib?

 Fuat Avni həbs edilib?

12 Dekabr 2015, 01:13


Türkiyədə 11 dekabrda baş tutan və kütləvi həbslərlə nəticələnən əməliyyat Fuat Avnini yenidən gündəmə gətirib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, səhər saatlarında təşkil olunan əməliyyatda bir çox keçmiş polislər həbs olunub. Bir o qədər şəxs haqqında isə saxlanılma qərarı çıxarılıb.

Belə əməliyyatları sosial şəbəkədə azı 12 saat əvvəl xəbər verən Fuat Avni isə bu dəfə heç nə yazmayıb. 

Fuat Avni adı ilə tvitterdə mühim məlumatlar çatdıran şəxsin susqunluğu onu yenidən gündəmə gətirib. Bir çoxları yazıb ki, Fuat Avninin həbs edildiyini ehtimal edirlər.

Qeyd edək ki, Türkiyədə baş tutan “rüşvət” əməliyyatının ikinci ildönümünə 5 gün qalıb.  

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi