Modern.az

MSK səsvermədən ən geci 20 gün keçənədək nəticələri təsdiqləməlidir

MSK səsvermədən ən geci 20 gün keçənədək nəticələri təsdiqləməlidir

19 Noyabr 2010, 15:34


7 noyabr seçkilərinin nəticələrinə əsasən 4-cü çağırış Milli Məclisə kimlərin mandat qazandığı artıq məlumdur.  Yəqin ki, seçkiləri qələbə ilə başa vuran deputatlığa namizədlər indi Konstitusiya Məhkəməsinin nəticələrin təsdiqinə dair qərarını gözləyirlər.
Hələlik isə gözlər Mərkəzi Seçki Komissiyasına dikilib və bu qurumun seçki müraciətlərinə verdiyi cavablar diqqət çəkir. Ehtimallar var ki, MSK bir neçə dairədə seçkinin nəticələrini ləğv edəcək.
O da mümkündür ki, MSK-nın ardınca Konstitusiya Məhkəməsi də hansısa dairənin nəticələrini tanımasın.

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası gələn həftə seçkilərlə bağlı müraciətləri yekunlaşdıracaq və Dairə Seçki komissiyalarının (DSK) protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edəcək.
MSK-dan Modern.az-a bildirlib ki, qanunla Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını yoxlamalı və 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi isə  sənədləri qəbul etdikdən sonra 10 gün müddətində onların Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. DSK-ların protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir.

Konstitusiya Məhkəməsi tərəfindən seçkilərin yekun nəticəsi təsdiq olunduqdan sonra parlamentin yeni tərkibdə ilk iclasının vaxt elan ediləcək.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı