Modern.az

“Azercell” jurnalistlər üçün ingilis dili kursları təşkil edir

“Azercell” jurnalistlər üçün ingilis dili kursları təşkil edir

Qarabağ

19 Noyabr 2010, 16:30

Mətbuat nümayəndələri “Kaspi” Təhsil Mərkəzində ingilis dili öyrənəcəklər

Noyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində “Azercell Telekom” MMC mətbuat konfransı təşkil edib. Tədbirdə jurnalistlər üçün təşkil olunan ingilis dili kursları ilə bağlı təqdimat mərasimi olub. Toplantıya layihə rəhbərləri ilə yanaşı, kurs iştirakçıları da qatılıblar.

Modern.az-ın məlumatına görə, artıq üçüncü dəfədir ki, “Azercell” mətbuat nümayəndələri üçün ödənişsiz ingilis dili kursları təşkil edir. Təqdimat mərasimində çıxış edən Korporativ Ünsiyyət Bölümünün rəhbəri Ülviyyə Həsənzadə çıxış edərək bildirib: ““Azercell Telekom” MMC hər zaman jurnalistlərin peşəkar bacarıqlarının artması naminə layihələr həyata keçirir və bu ingilis dili kurslarının təşkili artıq bir ənənəyə çevrilib. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrindən maneəsiz istifadəsinə yardımçı olmaqdan ibarətdir”.

Bu dəfə ingilis dili dərsləri “Kaspi” Təhsil Mərkəzində keçiriləcək. Mərkəzin təsisçisi Sona Vəliyeva çıxışında qeyd edib ki, yerli və əcnəbi mütəxəssislər tərəfindən aparılacaq tədris prosesində müasir metodlardan istifadə olunacaq. 6 aylıq kursları uğurla bitirən jurnalistlər sertifikatlarla təltif olunacaq.
”Ümid edirik ki, “Azercell” şirkəti ilə birgə ilk dəfə həyata keçirdiyimiz bu layihə davamlı olacaq və yüzlərlə jurnalistlərin bu imkandan bəhrələnməsinə zəmin yaradacaq”.

Qeyd edək ki, “Azercell” bundan əvvəl də jurnalistlər üçün 2 dəfə pulsuz ingilis dili kursları təşkil edib. Bu dəfə kurslarda iştirak etmək üçün 30-a yaxın jurnalist  müsabiqə yolu ilə seçilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür