Modern.az

Ermənistanda Avropa yönlü yeni partiya yaradıldı

 Ermənistanda Avropa yönlü yeni partiya yaradıldı

12 Dekabr 2015, 21:31


“İşıqlı Ermənistan” partiyasının əsas məqsədlərindən biri siyasi sistemin sağlamlaşdırılmasıdır, hədəfi isə yüksək xərcsiz idarəetmə sistemidir. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu dekabrın 12-də partiyanın təsis qurultayında parlamentin depuatı Edmon Marukyan deyib. Partiya onun təşəbbüsü ilə yaradılıb.

“Bizim hədəfimiz çox xərcləri olmayan idarəetmə sistemini yaratmaqdır. Bizə elə gəlir ki, effektli fəaliyyət göstərə biləcək kiçik tərkibli hökumət formalaşdırılmalıdır. “İşıqlı Ermənistan” korrusiyaya qarşı mübarizə aparacaq, Qarabağ probleminin həllini isə güclü iqtisadiyyatda görürük”, - Marukyan qeyd edib.

Onun sözlərinə görə, güclü Ermənistan olmadan xalqı bu gün narahat edən istənilən problemi həll etmək mümkün deyil: “Xarici siyasətə gəldikdə, Ermənistan üçün Avropa modeli institutunu formalaşdırmaq lazımdır. Biz Avropa İttifaqı ilə assossiasiya sazişini ratifikasiya etməliyik”.

Qurultayda 245 nəfər iştirak edib. Edmon Marukyan partiyanın sədri seçilib. “Mən əleyhinəyəm” vətəndaş hərəkatının üzvləri də yeni partiyaya qoşulublar.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər