Modern.az

2010-cu ilin ən yaxşı ixtiraları adlarını elan olunub

2010-cu ilin ən yaxşı ixtiraları adlarını elan olunub

19 Noyabr 2010, 17:00
ABŞ-ın "Time" jurnalı 2010-cu ilin elm və texnikanın müxtəlif sahələrində ən yaxşı ixtiralar reytinqini tərtib edib.
Siyahıda istehlakçı elektronikası və internet-kommunikasiyalar sahələri üzrə texnologiyalara xüsusi yer verilib.
Belə ki “texnologiyalar” rubrikasında jurnalın redaksiyası birinci pillədə Apple iPad planşet kompüterini yerləşdirib. Analitiklər hesab edir ki, sözügedən qurğu bu gün, mobil telefonlara aid olmayan istehlakçı elektronikası tarixində ən sürətlə satılan maldır.
Həmçinin öz reytinqində "Time", elə həmin iPad üçün nəzərdə tutulmuş Flipboard əlavəsini qeyd edib. Flipboard sosial şəbəkələrdən yenilənmə, foto və linkləri toplayır, onları bir formata çevirir və ekranlara çıxarır.
Siyahıda istifadəçinin, gözün görünüş sahəsi bucağına uyğun olaraq qulağına taxılan, 5 saat ərzində onun gördüyü istənilən təsviri lentə alıb Facebook, YouTube sosial şəbəkələrinə, eləcə də elektron poçta göndərən Looxcie video-kamerası da yer alıb.
Bundan əlavə reytinqə müəyyən layihələr üçün ianə yığımı ilə məşğul olan Kickstarter saytı da daxil edilib. Resursun fəaliyyətində diqqətəlayiq məqamlardan biri ondan ibarətdir ki, xeyriyyəçilərin verdikləri vəsait onların elektron hesablarından təyin olunmuş məbləğ yığılmayanadək silinmir.
Texnoloji reytinqdə Square ödəniş platforması da yer alıb. Square platformasının köməyi ilə bank kartlarının məlumatları ilə işləmək mümkündür.
Yüksəkkeyfiyyətli HD-video funksiyalı və saniyədə 10 kadr çəkmək imkanı olan sabit yarımşəffaf güzgü ilə təchiz edilmiş Sony Alpha A55 fotoaparatı da Time mütəxəssislərinin nəzərindən qaçmayıb.
Hər il dərc olunan 12 ayın 50 ən yaxşı ixtiraları siyahısında bu dəfə Google şirkətinin “pilotsuz idarə olunan avtomobili”, əldəqayırma bombaların məhv edilməsi üçün qurğu, bina divarlarının zirehlənməsi üçün polimer plyonka və həşəratlara qarşı lazer qurğu da daxil edilib.
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir