Modern.az

Parisdə Qlobal İqlim Razılaşması qəbul edilib

 Parisdə Qlobal İqlim Razılaşması qəbul edilib

Dünya

13 Dekabr 2015, 00:43


Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransın (COP21) sonunda yekun razılaşma əldə olunub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, konfrans iştirakçıları atmosferin çirkləndirilməsi nəticəsində havanın temperaturunun XX əsrlə müqayisədə orta hesabla 2 dərəcədən yuxarı qalxmamasına dair razılıq əldə ediblər.

Bəzi inkişaf etmiş dövlətlərin etirazına baxmayaraq danışıqların sonunda Çin və Hindistan da yekun protokola müsbət rəy veriblər. Razılaşma atmosferə atılan zərərli tullantıların həcmini azaltmaq üçün inkişafda olan ölkələrə hər il 100 milyard dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutur. Mütəxəssislər sənədin təsdiqlənməsi tarixi qərar adlandırıblar.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir