Modern.az

Azərbaycanın QHT rəhbərləri Tailand şahzadəsi Saomsavali ilə korrupsiyanı müzakirə edib

Azərbaycanın QHT rəhbərləri Tailand şahzadəsi Saomsavali ilə korrupsiyanı müzakirə edib

19 Noyabr 2010, 18:23

Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov və  Samir Əlibəyov Tailandın Bankok şəhərində keçirilən 14-cü Beynəlxalq Anti-Korrupsiya Konfransında iştirak edib. Konfrans anti-korrupsiya təşəbbüsləri baxımından dünyanın ən böyük tədbiri hesab edilir və praktik olaraq həmin konfrans dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən dəstəklənir. İki ildən bir keçirilən bu konfransında 135-dən çox ölkədən 1200-ə qədər nümayəndə bir araya gəlib.

Konfransda qlobal şəffalığa nail olunması üçün beş istiqamətdə müzakirələr aparılıb: sülh və təhlükəsizlik, təbii resurslar və enerji bazarı, iqlim idarəedilməsi,  korporativ sahədə hesabatlılıq və institutlarda etimadın bərpası. 50- dən çox sessiyalarda dövlət və özəl sektorda korrupsiyaya qarşı fəaliyyət göstərilməsi üçün təzyiqin artırılması yolları araşdırılaraq öyrənilib.

Tailand şahzadəsi Saomsavali tərəfindən açılan konfransda Dünya Bankının İcraçı direktoru, Asiya İnkişaf Bankının prezidenti, Amnesty İnternational təşkilatının baş katibi, OECD-nin baş katibi və digər tanınmış şəxslər məruzələrlə çıxış ediblər.

Müzakirələrin sonunda konfransın yekun bəyannaməsi qəbul edilib.

Dörd günlük müzakirələrədn sonra Beynəlxalq Anti-Korrupsiya Konfransının (İACC) Şurası bu qənaətə gəlib ki,  korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu kifayət qədədr qiymətləndirilmir.

Şura tərəfindən həmçinin, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının hələ də bir çox ölkələr tərəfindən ratifikasiya edilməməsinin təəssüf doğuran hal olduğu vurğulanıb. Xatırladaq ki, bu Konvensiya 2005-ci ildə qəbul edilib və cinayətkarlıq və korrupsiyanın qarşısının alınması, beynəlxalq əməkdaşlıq, habelə çirkli pulların yuyulmasını nəzərdə tutur

İACC şurası həmçinin iştirakçı dövlətlərə korrupsiyanın bütün formalarının qarşısını almaq üçün siyasi iradənin gücləndirilməsi və iqtisadiyyatın özəl sektorunda şəffaflığın artırılmasına nail olunması istiqamətində fəaliyyət göstərilməsini tövsiyyə edib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı